-
- 3-10-2024, 07:38
- 275
Məşhur aktrisanın qabırğası sındı
"Yüzleşme", "Hükümsüz", "Güneşi Beklerken", "Kaybedenler Kulübü Yolda" ve "Bana Masal Anlatma" kimi filmləri ilə tanınan məşhur aktrisa Hande Doğandemir pərəstişkarlarını qorxudub.
News24.az xəbər verir ki, Doğandemirin evdə keçirdiyi qəzadan sonra qabırğası sınıb.
"Yaren Leylek" filmi ilə bu cümə günü kino tamaşaçılarının qarşısına çıxmağa hazırlaşan ulduz, "Qabırğamı sındırdım, amma bu komandanı çox sevirəm. Premyerada olmaq istəyirdim, ancaq uzun müddət qala biləcəyəm, ümid edirəm ki, hamının sevdiyi bir film olacaq."
Aktrisa daha sonra sosial şəbəkə hesabında "Bir neçə gün istirahət edəcəyəm. Düşünürəm ki, tezliklə sağalacağam" deyib.
Günel Məlikzadə