-
- 3-10-2024, 12:19
- 750
Portağal oğurlayan 6 yaşlı uşağın ayağını SINDIRDI - "Peşman deyiləm" dedi
Cənubi Afrikada dəhşətli hadisə baş verib.
News24.az xəbər verir ki, fermer olduğu bildirilən 70 yaşlı kişi bağçasına girən 6 yaşlı uşağı əzərək yaralayıb.
Magdalene Jantijies adlı qadın 6 yaşlı uşağı Khwezi Jantijies ilə yolda gedərkən 70 yaşlı Christoffel Johannes Stoman adlı fermer qoşqu ilə portağal oğurladığını iddia etdiyi uşağın ayağının üstündən keçib.
Ana Magdelene ifadəsində fermerin onları küncə sıxaraq öldürməklə hədələdiyini söylədi. Dəhşətli hadisədən sonra uşağın hər iki ayağı sınıb.
Stoman bazar ertəsi Vredendal Sülh Məhkəməsində adam öldürməyə cəhd ittihamı ilə mühakimə olunub.
Yaşlı fermer ifadəsində peşman olmadığını deyib, kədərli ana qətlə cəhdlə bağlı cinayət işi açmaqda qərarlı olduğunu və sona qədər davam edəcəyini bildirib.
İcma fəallarını ayağa qaldıran bu hadisədə ictimaiyyət də balaca uşağa dəstək olub. Məlum olub ki, bu hadisə fermerin ilk cinayəti deyil və o, insanlara xəsarət yetirmək cinayətini əvvəllər də törədib.
Günel Məlikzadə