-
- 6-03-2024, 17:50
- 225
3-cü sinif şagirdi 10 yaşlı uşağı xəstəxanalıq etdi
Rusiyanın Amur vilayəti yaxınlığında 3-cü sinif şagirdi 10 yaşlı uşağı beyin silkələnməsinə qədər döyüb.
News24.az xəbər verir ki, bu barədə Amur.life məlumat yayıb.
Məlumata görə, hadisə fevralın 27-də Blaqoveşensk yaxınlığındakı Çiqiri kəndində baş verib.
Bildirilir ki, 10 yaşlı uşağa yataq istirahəti və bir ay ərzində fiziki fəaliyyətin məhdudlaşdırılması təyin edilib.
Həmyaşıdına hücum etdiyi iddia edilən məktəblinin valideynləri, oğlunun səhvən onu sürüşdürərək ayağını yıxması nəticəsində uşağın xəsarət aldığını iddia edib.
Məsələ ilə bağlı rayon polisi araşdırma aparır.
Mehriban Mirzəzadə