Bu məhsullar BAHALAŞACAQ : Əməkhaqqının artımı cüzi də olsa...
    • 19-06-2019, 16:21
    • 2 000

Bu məhsullar BAHALAŞACAQ : Əməkhaqqının artımı cüzi də olsa...

Minimum aylıq əməkhaqqının artımı cüzi də olsa, qiymətlərə və məzənnəyə təsir göstərəcək.

News 24.az xəbər verir ki, bu haqda İqtisadçı İlham Əzizov Redaktor.az-a açıqlamasında deyib. O, bildirib ki, əməkhaqqının artması nəticəsində qiymətlərin bahalaşmasının iqtisadi əsasları var: "Çünki nominal pul təklifinin artması bazarda tələbatı yüksəldir. Bu fonda qiymətlərin bahalaşması labüddür. Eyni zamanda, əməkhaqqı artımı inflyasiyaya yol açır. Hazırda ölkədə inflyasiya şəraiti çox yaxşıdır və birrəqəmlidir. Lakin 40%-lik artım inflyasiyaya şərait yarada bilər.

Əməkhaqqının artması alıcılıq qabiliyyətini artıracaq.

Vətəndaşın gəlirinin artması tələbat göstəricisinə təsirsiz ötüşmür. Bu baxımdan alıcılıq qabiliyyətinin artacağı gözləniləndir. Qiymət bahalaşması isə əsasən qida məhsullarında müşahidə oluna bilər. Həmçinin payız aylarında mövsümi geyimlərin qiymətində bahalaşma olacaq.

Süni qiymət artımına qarşı müvafiq tədbirlər görülməlidir.

Əməkhaqqının artırılması fonunda sentyabr-dekabr aylarında dövlət büdcəsindən 5 milyon manat əlavə vəsait ayrılacaq. 245 milyon manatın dövriyyəyə girməsi isə valyuta məzənnəsində müəyyən problemlər yarada bilər. Çünki qərarın qüvvəyə minəcəyi 1 sentyabr tarixinə qədər özəl sektorda vəziyyətdən sui-istifadə etməyə çalışanlar ola bilər. Yəni, onlar qiymətləri süni şəkildə qaldırmağa can ata bilərlər. Aidiyyatı qurumlar prosesə ciddi nəzarət etməlidir ki, süni qiymət artımının qarşısını ala bilsin”.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının 250 manat müəyyən edilməsi ilə bağlı sərəncam imzalayıb.