Könül Vəlibəylinin qızının son durumu açıqlandı
Sosial
Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
News24.az-ın sorğusuna cavab olaraq Yeni Klinikanın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, pasiyentin vəziyyəti stabil ağır olaraq qalır.
Xatırladaq ki, Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli 21 noyabrda Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı həyatını itirib.