Spirtli içkidən 200-ə yaxın insan zəhərləndi
    • 3-10-2024, 18:30
    • 256

Spirtli içkidən 200-ə yaxın insan zəhərləndi

Bu gün Mazandaran əyalətində saxta spirtli içkidən zəhərlənənlərin sayı artaraq 160 nəfərə çatıb.

Məlumata görə, Mazandaran Tibb Elmləri Universitetinin Müalicə fakültəsinin müdiri Rəsul Zəfərmənd bildirib ki, zəhərlənənlərin çoxu əyalətin Çalus, Nouşəhr, Amol və Qaimşəhr şəhərlərinin sakinləridir.

Onun sözlərinə görə, Çalusda 19-u qadın, 72-si kişi olmaqla 91 nəfər zəhərlənmə əlamətləri ilə xəstənaya müraciət edib. Nouşəhrdən bir qadın, 14 kişi, Amoldan üç qadın, 44 kişi, Qaimşəhrdən isə 6 nəfər zəhərlənib.

Qeyd olunub ki, zəhərlənənlərdən biri qadın, üçü kişi olmaqla ümumilikdə dörd nəfər ölüb.