İşdən çıxarılan kanal rəhbəri metroda - FOTO
    • 4-10-2024, 10:15
    • 266

İşdən çıxarılan kanal rəhbəri metroda - FOTO

Kanal rəhbərliyi vəzifəsindən kənarlaşdırılan Rövşən Binnətli bugün metroda görünüb.

News24.az bildirir ki, Milli.Az-ın redaksiyasına göndərilən fotoda onun işə metro ilə gedib-gəlməsi əks olunub.

Qeyd edək ki, "İdman Azərbaycan" kanalında gözlənilməz ayrılıq baş verib. Kanalın direktoru Rövşən Binnətli işdən azad olunub. Onun vəzifəsini hələlik tanınmış şərhçi Fikrət Adıgözəlli icra edəcək. AZTV-nin Mətbuat xidməti Rövşən Binnətlinin işdən ayrılmasını təsdiq edib: "Rövşən Binnətli pensiya yaşı ilə əlaqədar işdən ayrılıb".