AzTV-nin daha bir əməkdaşının vəziyyəti AĞIRLAŞDI - KORONAVİRUSDAN
    • 7-07-2020, 14:31
    • 410

AzTV-nin daha bir əməkdaşının vəziyyəti AĞIRLAŞDI - KORONAVİRUSDAN

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin (AzTV) bağbanı Ramiz Nəcəfov koronavirusa yoluxub.

News24.az KONKRET.az-a istinadən xəbər verir ki, AzTV əməkdaşının vəziyyəti ağırlaşıb.
Qeyd edək ki, bu televiziyada yoluxma kütləvi hal alıb. Artıq yeni növ koronavirus infeksiyasına yoluxma nəticəsində iki əməkdaş dünyasını dəyişib. Fikrət Adıgözəlli və Rövşən Binnətli isə xəstəxanaya yerləşdirilib. AzTV rəhbərliyi isə bu iddiaları dəfələrlə təkzib edib.