Məşhur reper Eminem baba oldu
    • 4-10-2024, 12:18
    • 307

Məşhur reper Eminem baba oldu

Dünyanın ən məşhur reperlərindən biri olan Eminem baba olacağını açıqlayıb. Eminemin qızı Hailie Jade Scott ilk dəfə ana olacaq.

News24.az xəbər verir ki, reper baba olacağını öyrəndiyi ilk anı sevənləri ilə bölüşməyi unutmayıb. Eminem "Temporary" adlı mahnısının klipinə qızını da daxil edib.

Klipin sonunda Hailie Jade atasına körpəsinin ultrasəs fotosunu göstərərək şad xəbəri verir. Hailie Jade atasına üzərində "Baba" yazılmış köynək də hədiyyə edir.

Qeyd edək ki, "Temporary" mahnısı Eminemin "The Death of Slim Shady" albomunda uşaqlarına həsr etdiyi iki mahnıdan biridir. Digər mahnı isə "Somebody Save Me" adlanır.

51 yaşlı reperin "The Death of Slim Shady (Coup De Grace)" adlı albomu iyun ayında musiqisevərlərlə görüşüb və qısa müddətdə musiqi hitlərinin zirvəsinə yüksəlib.

Günel Məlikzadə