Baba Vanqanın 2024-cü ilə dair iki kəhanəti gerçəkləşir
    • 4-04-2024, 14:20
    • 342

Baba Vanqanın 2024-cü ilə dair iki kəhanəti gerçəkləşir

İngiltərənin Avropa İttifaqından çıxacağını və 11 sentyabr hücumlarını proqnozlaşdırmaqla beynəlxalq şöhrət qazanan Baba Vanqanın kehanetləri gündəmdə qalmaqda davam edir. Bolqarıstanda doğulduqdan sonra uşaqlıqda keçirdiyi xəstəlik səbəbindən görmə qabiliyyətini itirən və o vaxtdan bəri kor olan Baba Vanqanın kehanetlərini şərh edənlər məşhur görücünün bir çox hadisələri əvvəlcədən bildiyini bildiriblər.

News24.az xəbər verir ki, Baba Vanqanın bu il üçün açıqlamalarını şərh edənlər məşhur görücünün 2 proqnozunun özünü doğrultduğunu açıqlayıb. Baba Vanqanın bu il "dünya iqtisadi böhranla üzləşəcək" dediyi bildirilərkən, İngiltərə və Yaponiyada iqtisadi böhranların yaşanmağa başladığı deyildi. 

Digər tərəfdən, Misir və Türkiyə başda olmaqla bir çox ölkədə irili-xırdalı iqtisadi böhranlar yaşanır.

Ekstrasensin digər proqnozu isə bu il səhiyyə sahəsində “ciddi inkişafların” olacağı idi. Ötən həftələrdə ağciyər xərçənginə qarşı peyvəndin üzərində işləndiyi təsdiqlənib. Oksford Universiteti, Francis Crick İnstitutu, London Kollec Universitetinin birgə araşdırmasında "LungVax" adlı peyvənd üzərində çalışdıqları və 3 min peyvənd üçün təxminən 2 milyon dollar vəsait topladıqları bildirilib.

Günel Məlikzadə