-
- 19-06-2019, 18:20
- 731
Azərbaycana bağırsağında heroin gətirmək istədi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindəki göy rəngli şalvarın içəri astar hissəsindən şəffaf rəngli sellofana bükülü, uzunsov formalı 1 ədəd bağlama aşkar edilib. Daha sonra vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığından Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Nəticədə daxili orqanı - düz bağırsağından şəffaf rəngli sellofana bükülü daha 1 ədəd bağlama aşkarlanıb.
Həmin bağlamalara ayrı-ayrılıqda baxış zamanı 48 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin və 125 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkar edilib.
Xatırladaq ki, metamfetamin adlı preparat "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.