-
- 10-07-2019, 16:27
- 1 215
İrandan gələn Azərbaycan vətəndaşında narkotik AŞKARLANDI
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilmiş 2 ədəd büküm və 1 ədəd bağlama aşkar edilib. Həmin bağlama və bükümlərə baxış zamanı 1 ədəd bükümdə 227 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 ədəd bükümdə 50 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 1 ədəd bağlamada qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" nişanəsi olan 199 ədəd "metadon" adlı həb, olduğu məlum olub.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.