-
- 4-10-2024, 16:51
- 248
“Xoşdur ki, məni Elzaya bənzədirlər”
Müğənni Ayan Babakişiyeva Əməkdar artist Elza Seyidcahana bənzərliyindən söz açıb.
News24.az OLAY-a istinadla yazır ki, buna səbəb sənətçinin qonaq olduğu “Qonaqcanlı” verilişində aparıcı Aytəkin Mərdənovanın səsləndirdiyi “Son günlər Ayanı qeyri – adi saç düzümlərində görürük. Hərdən deyirəm ki, artıq Ayan Elza Seyidcahanı keçdi. Yoxsa bu rəqabətdir?” sozləri olub.
Babakişiyevanın bu mövzuda cavabı belə olub:
“Xeyr (gülür). Klipdə də onu mənə demişdirlər ki, imic baxımından Elza xanımla bənzərliyiniz var. Mən Elza xanımı çox sevirəm. Onun çox gözəl xasiyyəti var. İnsan yaradıcı olmalıdır. Xüsusi ilə də səhnədə olan insanlar. Xanımlar ümumiyyətlə dəyişik olmalıdır. Xanımı heç xanım başa düşmür qaldı ki, onu kişi anlasın. Elza xanım seçilən qadındır. Nə xoş mənə ki, məni məhz Elza xanıma bənzədirlər. O çox gözəl bəstəkar və sənətçidir. O yaradıcı insandır. Bizdən danışmırlarsa bilin ki, biz yoxuq”.