Azərbaycanda əhalinin sayı AÇIQLANIB
    • 19-06-2019, 18:42
    • 1 212

Azərbaycanda əhalinin sayı AÇIQLANIB

2019-cu ilin  yanvar-aprel aylarında əhalinin sayı 24692 nəfər və ya 0,3 faiz artıb.

News24.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.  Bildirilib ki, 2019-cu il may ayının 1-i vəziyyətinə 10.006149 nəfərə çatıb. 

Bu ilin yanvar-may aylarında Azərbaycanın dövlət büdcəsinə 8 999,3 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,1% çoxdur.

Hesabat dövründə büdcədən 9 426,1 mln. manat vəsait xərclənib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 24,1% çoxdur.

Hesabat dövründə büdcənin icrasında 426,8 mln. manatlıq kəsir yaranıb.