-
- 5-10-2024, 11:00
- 255
Türkiyə bu üç ermənini axtarır: 2024-cü il dekabrın 16-na kimi..
İstanbulun 10-cu Mülki Məhkəməsi qəzetdə İstanbulun Maslak səmtində 548 kvadratmetr torpaq sahəsinin sahiblərinin axtarıldığı elan dərc edib.
News24.az Publika.az-a istinadən xəbər verir ki, həmin ərazi “Park Plaza” ilə “Windows Plaza”nın kəsişməsində yerləşir.
Qeyd olunur ki, 2024-cü il dekabrın 16-na kimi torpağın sahibləri tapılmasa, milyonlarla lirəlik torpaq Türkiyə xəzinəsinə keçəcək.
Torpağın sahibləri üç erməni - Karabet Çenq, Mari Yazjiyan və Nivart Doğanaidir.