"18 kq qızılım, 18 mənzilim, 4 bağ evim var"
    • 5-10-2024, 14:00
    • 286

"18 kq qızılım, 18 mənzilim, 4 bağ evim var"

Fərqli üslubu və özünəməxsus əyləncəli xasiyyəti ilə diqqət çəkən qaraçı musiqisinin tanınmış simalarından olan  "Kobra Murad" ləqəbli Murat Divandiya iştirak etdiyi proqramda diqqətçəkən açıqlamaları ilə yadda qalıb.

News24.az ölkə.az-a istinadən xəbər verir ki, var-dövləti ilə tez-tez gündəmdə olan və qızıla düşkünlüyü ilə tanınan "Kobra Murad" əmanətlərini daşınmaz əmlaka yatırdığını bildirib.

O deyib ki, 18 kq qızılı, 18 mənzili, 4 bağ evi var.

Əvvəlki açıqlamalarında zərgərlikdən qazandığı pulla qızıl aldığını bildirən "Kobra Murad" əlavə edib ki, qalan var-dövlətini qoyub 4 mərtəbəli bina tikdirib.

O bildirib ki, tikdirdiyi ev İstanbulun fəth edildiyi yerdən 500 metr aralıdadır və onun təməlini babası qoyub. "Binanın hər mərtəbəsinin öz cakuzisi var. Oradan Qalata qüllə də görünür. İndi həmin binanın üstünü terras etmək istəyirik, lakin bələdiyyə icazə vermir", - o qeyd edib.