Ədalət Ayda torpaq alıb? - Özü danışdı
    • Dünən, 22:47
    • 90

Ədalət Ayda torpaq alıb? - Özü danışdı

Əməkdar artist Ədalət Şükürov açıqlaması ilə diqqət çəkib.

“Həmin Zaur” verilişində qonaq olan sənətçi haqqında “Google” axtarış platfomasında yer alan iddialara cavab verib.

Belə ki, “Deyilənlərə görə, Ədalət Ayda torpaq alıb. Yalandır! O, bütün Ayı alıb” səsləndirilən iddialara Şükürov başını yellədərək bu məlumatı inkar edərək, yalan olduğunu bildirib.

Qeyd edək ki, Ədalət Şükürov daha əvvəlki açıqlamalarının birində “Bu söhbət 17-18 il əvvəl yayılmışdı. Sankt-Peterburqda bir idarə var idi, torpaqları satırdı. Bu, kiməsə gülməli gəlirsə, özü bilər. Ay heç kimindir. Amma oradan torpaq satılırdı. Bu torpağı mənə ad günümə hədiyyə etmişdilər. Həqiqətdir bu. Torpağın sənədləri, xəritəsi var məndə. Bunu kimsə lağa qoyub gülürsə, öz işidir” kimi fikirlər səsləndirmişdi. (olay)