"Azərenerji" ASC-nin Prezidentinə şiddətli töhmət verildi
    • 5-10-2024, 15:01
    • 314

"Azərenerji" ASC-nin Prezidentinə şiddətli töhmət verildi

"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.

News24.az-ın xəbərinə görə, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncamla 2024-cü il üzrə təsdiq edilmiş yanacaq-enerji balansında qazdan istifadənin istiqamətlərini pozaraq müvafiq qaydada razılaşdırmadan elektrik enerjisini ixrac etdiyinə görə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti Balababa Hüseynağa oğlu Rzayevə şiddətli töhmət elan edilib.