34 yaşında vəfat etdi - FOTO
    • 6-10-2024, 00:04
    • 525

34 yaşında vəfat etdi - FOTO

Məşhur müğənni və bəstəkar Cek Kolvel 34 yaşında Avstraliyada vəfat edib. Bu barədə

News24.az publika.az-a istinadən xəbər verir ki, Kolvel yaxın gələcəkdə ikinci musiqi albomunu buraxmağı planlaşdırırdı.

"Swandream" adlı ilk studiya albomu 2020-ci ildə işıq üzü görüb.

İlk albomunun buraxılışından beş il əvvəl Kolvel debüt sinqlı "Don't Cry That Tears"ı sevənlərinə təqdim edib. O zaman bu, ilin ən yaxşı Avstraliya sinqllarından biri kimi tanınırdı. Həmin mahnının ərsəyə gəlməsi üçün sənətçiyə məşhur müğənni Sara Blasko prodüserlik edib.

Sentyabrın 24-də elan edilən ikinci albomun ölümündən sonra çıxıb-çıxmayacağı məlum deyil.

Kolvellin ölüm səbəbi hələ açıqlanmayıb.

Xatırladaq ki, oktyabrın 26-da musiqiçi 35 yaşını qeyd etməli idi.