Məhəmməd Əliyev vəfat etdi
    • Bu gün, 07:05
    • 1 276

Məhəmməd Əliyev vəfat etdi

Sumqayıtda 23 yaşlı oğlanı elektrik cərəyanı vurub.

"Unikal" xəbər verir ki, hadisə Kimyaçılar qəsəbəsində qeydə alınıb.

2001-ci il təvəllüdlü Məhəmməd Əliyev ərazidə metal qırıntıları yığarkən onu elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.