-
- 7-10-2024, 09:54
- 252
İsrailə bir il ərzində atılan raketlərin sayı açıqlandı
Hərbi əməliyyatların başladığı bir il ərzində İsrailə 26 mindən çox mərmi, raket və pilotsuz uçan aparatların buraxılışı qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, onlardan 13 min 200-ü Qəzza zolağından, 12 min 400-ü Livandan atılıb. Bundan əlavə, İrandan 400-ə yaxın, Yəməndən 180, Suriyadan isə 60-a yaxın hava hədəfi qeydə alınıb.
Teymur Məmmədov