Akula turisti parçalayaraq öldürdü
    • 6-08-2018, 10:31
    • 1 951

Akula turisti parçalayaraq öldürdü

Misir kurortları münasib qiymətlərinə görə, dünyanın hər yerindən olan turistlərin rəğbətini qazanıb. Lakin dünən bu ölkənin kurortlarından birində dəhşətli hadisə yaşanıb.

Məşhur Marsa-Alam kurortunda  ağ akula Çexiyadan gəlmiş gənc kişini parçalayıb.

News24.az-ın məlumatına görə, xanımı və oğlu ilə istirahət edən kişi sahildən uzaqda sualtı üzgüçülüklə məşğul olarkən akulanın hücumuna məruz qalıb. Onun bədənin parçalarını dalğalar sahilə atıb.

 Məsələylə bağlı araşdırma aparılır.

 Bu Misir kurortlarında baş verən ilk hadisə deyil. 2015-ci ildə daha bir avropalı turist akula qurbanı olmuşdu.