Əkrəm Hüseynzadə vəfat etdi
    • Dünən, 23:37
    • 947

Əkrəm Hüseynzadə vəfat etdi


Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əkrəm Hüseynzadə vəfat edib

News24.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə uzun sürən xəstəlikdən sonra bu gün vəfat edib.

Əkrəm Hüseynzadə yaxın vaxtlarda Naxçıvan MSK-nın yeni sədri təyin olunmuşdu. O, 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universtetini tarix-filologiya ixtisası üzrə bitirib.

Filologiya üzrə fəlsəfə doktoru idi. O uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.