Naxçıvan Dövlət Universitetinin tələbəsi vəfat etdi
    • 25-06-2023, 21:08
    • 655

Naxçıvan Dövlət Universitetinin tələbəsi vəfat etdi

Azərbaycanda III kurs tələbəsi olan qız vəfat edib.

Bu barədə Naxçıvan Dövlət Universiteti məlumat yayıb.

Bildirilib ki, vəfat edən Xanım Məmmədova Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsi, Biologiya müəllimliyi ixtisasının tələbəsi olub.

O, uzun sürən xəstəlikdən sonra vəfat edib. /Oxu.Az/