-
- 9-10-2024, 14:10
- 548
Xatirə İslam peşman olub - “Artıq gecdir”
Müğənni Xatirə İslam qatıldığı proqramlardan birində peşmanlığını dilə gətirib.
News24.az bildirir ki, Lent.az-ın xəbərinə görə, o, ikinci uşaq dünyaya gətirmək üçün gecikdiyini, qızı olmadığı üçün peşmanlıq hiss etdiyini söyləyib.
“Artıq gecdir. Bundan sonra uşaq olar? Mənim doğan vaxtımdır? Heç vaxt qızım olsun istəməmişəm. Özümə qız arzulamamışam. Amma indi peşman oldum, kaş olardı” deyə o bildirib.
Xatirə İslam illər öncə yenidən ana olmaq üçün dəfələrlə müalic aldığını və süni mayalanma etdirdiyini də deyib.
Qeyd edək ki, müğənninin Emil adlı bir övladı var.