Liderlərin son qərarı: İrana hücum belə olacaq
    • 9-10-2024, 14:43
    • 405

Liderlərin son qərarı: İrana hücum belə olacaq

ABŞ Prezidenti Co Baydenin bu gün İsrail Baş naziri Benyamin Netanyahu ilə İrana zərbə endirmək planları barədə telefon danışığı gözlənilir.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə “Axios” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

“Biz bu çağırışdan İsrailin cavab tədbirləri ilə bağlı sərhədləri formalaşdırmaq üçün istifadə etmək istəyirik”, - ABŞ rəsmisi nəşrə deyib.

Məlumatda qeyd olunur ki, Vaşinqton İsrailin İrandakı önəmli hədəflərə qeyri-mütənasib zərbə vurmayacağına əmin olmaq istəyir.