-
- 9-10-2024, 16:31
- 767
Netanyahu Qallantın ABŞ-yə getməsini İSTƏMƏDİ - İDDİA
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İsrailin müdafiə naziri Yoav Qallantın ABŞ-a səfərinin sonrakı tarixə təxirə salındığını açıqlayıb.
News24.az xəbər verir ki, səfər çərçivəsində Qalant ABŞ-ın müdafiə naziri Lloyd Ostin və ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşəcək.
İsrail mətbuatında çıxan xəbərlərə görə, Netanyahu Qallant ilə görüşündə nazirin ABŞ-a planlaşdırılan bir günlük səfərini müzakirə edib.
Bundan əvvəl Netanyahu müdafiə nazirinə ABŞ prezidenti Co Baydenlə telefonla görüşmək istədiyini və Qallantın bu görüş olmadan ABŞ-a getməsinə qarşı olduğunu bildirib.
Bildirilir ki, Netanyahunun istəyinə uyğun olaraq, Qallantın ABŞ-a gedişində gecikmə ola bilər.
Günel Məlikzadə