-
- 1-05-2024, 23:40
- 418
Blinken və Netanyahu görüşdü
Blinken İsraillə Fələstin arasında münaqişələrin başladığı 7 oktyabrdan bəri 7-ci dəfə İsrailə səfər edib.
News24.az xəbər verir ki, Blinken səfəri çərçivəsində İsrailin baş naziri Benyamin Netanyahu, İsrail prezidenti İsaak Hersoq və İsrailin müdafiə naziri Yoav Gallant ilə görüşüb.
Dövlət Departamenti İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşən ABŞ dövlət katibi Antoni Blinkenin Qəzzaya yardımın çatdırılmasında yaxşılaşma olduğunu qeyd edib. "Bu inkişafın sürətləndirilməsinin və davam etdirilməsinin vacibliyini bir daha vurğulayıb”.
Netanyahu görüşdə Blinkenə müharibənin bitməsini ehtiva edən razılaşmanı qəbul etmədiyini bildirib.
Blinken Netanyahuya bildirib ki, ABŞ Rəfahdakı hərbi əməliyyata qarşıdır. Onu Qəzzaya yardım göstərmək üçün daha çox iş görməyə çağırıb.
Günel Məlikzadə