-
- 10-10-2024, 06:34
- 625
Milli komandanın futbolçusu evində ölü tapıldı - FOTO
"Panatinaikos" klubu və Yunanıstan millisinin futbolçusu Corc Boldok evində ölü tapılıb. 31 yaşlı oyunçu evinin hovuzunda dünyasını dəyişib.
News24.az offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə "Sport24" nəşri məlumat yayıb.
Qeyd edək ki, Boldok əvvəllər İngiltərədə "Şeffild Yunayted" klubunda çıxış edib. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirmişdi.