"Mançester Siti"nin futbolçusu zədələndi
    • 11-09-2024, 17:58
    • 579

"Mançester Siti"nin futbolçusu zədələndi

Niderland millisinin və "Mançester Siti"nin futbolçusu Natan Ake zədələnib.

News24.az qol.az-a istinadla xəbər verir ki, 29 yaşlı müdafiəçi Millətlər Liqasının 2-ci turunun Almaniya ilə oyununda (2:2) sıradan çıxıb.

O, oyuna davam edə bilməyib və xərəkdə meydandan çıxarılıb.

Niderlad millisinin baş məşqçisi Ronald Kumanın sözlərinə görə, Natanın əzələsindən zədə var.

Qeyd edək ki, cari mövsümdə Ake "Mançester Siti"nin heyətində 2 oyun keçirib.