-
- 10-10-2024, 13:27
- 1 625
Benzin BAHALAŞACAQ
Türkiyədə Brent markalı neftin qiymətləri və valyuta məzənnəsindəki dəyişikliklərlə vətəndaşlar benzin və dizel qiymətlərini izləməyə davam edir.
News24.az NTV-yə istinadən xəbər verir ki, Türkiyədə benzinin qiymətlərində 64 kuruş (0.032 AZN) qiymət artımı gözlənilir.
Artan qiymətlərin sabahdan qüvvəyə minməsi gözlənilir.
Xəbər verdiyimiz kimi, dünən dizel qrupu üçün 77 kuruş artım olub. Artan qiymətlər bu gündən etibarən öz əksini tapıb. Dizeldə yeni qiymət dəyişikliyi gözlənilmir.
Mövcud yanacaq pompası qiymətləri;
İstanbulda benzinin bir litrinin orta qiyməti 42,93 lirədir.
Dizelin litr qiyməti 43,51 lirədən satılır.
Günel Məlikzadə