Benzin BAHALAŞDI
    • 24-09-2024, 07:41
    • 708

Benzin BAHALAŞDI

Brent markalı neftin qiymətləri və valyuta məzənnəsindəki dəyişikliklərlə Türkiyədə vətəndaşlar benzin və dizel qiymətlərini izləməyə davam edir.

News24.az xəbər verir ki, Türkiyədə benzin qiymətləri bu gündən etibarən 1 lirə 20 (0.06 azn) kuruş artıb.

Dizel qrupunda isə qiymət dəyişikliyi gözlənilmir.

Mövcud yanacaq pompası qiymətlərinə görə;

İstanbulda dizelin litr qiyməti 41,74 (2.08 AZN) lirədən satılır.

Benzinin litri orta hesabla 41,55 (2.07 AZN) lirəyə satılır.

Günel Məlikzadə