Hazırlıq səviyyəsi aşağı olanlar ali təhsil almaq imkanı əldə ediblər
    • 21-06-2019, 13:53
    • 886

Hazırlıq səviyyəsi aşağı olanlar ali təhsil almaq imkanı əldə ediblər

İxtisas qrupları üzrə qəbul planı ilə ərizələrin sayı arasında qeyri-tarazlıq var.

News24.az-ın xəbərinə görə, bu «Abituriyent» jurnalının 12-ci sayında bildirilib. V qrupda ərizələrin, II qrupda isə plan yerlərinin nisbi çəkisi böyükdür. 2018-ci il üçün ali təhsil müəssisələrinin qəbul planının və abituriyent ərizələrinin qruplar üzrə paylanması jurnalda əksini tapıb.

Təhlil göstərir ki, ixtisas qrupları üzrə qəbul planı və ərizələrin nisbi çəkiləri arasında qeyri-tarazlıq vardır. Bu halın əyani şəkildə nümayiş etdirilməsi üçün ali təhsil müəssisələrinin qəbul planının və abituriyent ərizələrinin nisbi saylarının ixtisasi sayından qeyd olunub.

Ümumi qəbul planının II və IV ixtisas qrupları üçün ayrılmış hissəsi abituriyent ərizələrinin həmin ixtisas qruplarına düşən hissəsindən böyük, I, III və V ixtisas qruplarında isə, əksinə, kiçikdir. II qrupda plan yerlərinin çox, ərizələrin sayının nisbətən az olması müsabiqə vəziyyətinə mənfi təsir göstərib. Nəticədə, hazırlıq səviyyəsi o qədər də yüksək olmayan abituriyentlər ali təhsil almaq imkanı əldə ediblər.

Bu baxımdan, gələcəkdə ali təhsil müəssisələrinə plan yerləri ayrılarkən mövcud reallıqlar nəzərə alınmalı, qəbul planında kəskin sıçrayışlar edilməməli, perspektivlər müəyyən olunmalı, bir sözlə, uğurlu qəbul planı siyasəti aparılmalıdır.