-
- Bu gün, 09:13
- 145
ABŞ-də epidemiya həyəcanı: Fövqəladə vəziyyət elan edildi
ABŞ-də insanlarda ilk ciddi quş qripi hadisəsi qeydə alınıb.
News24.az xəbər verir ki, Luiziana ştatında yaşayan bir şəxs quş qripi səbəbindən xəstəxanaya yerləşdirilib. Bu hadisənin ABŞ-də insanlarda görülən ilk ciddi quş qripi hadisəsi olduğu açıqlanıb.
Xəstənin evinin həyətyanı sahəsindəki ev quşlarından virusa tutulduğu açıqlanarkən, daha əvvəl ABŞ və Kanadada insanlara keçən “D1.1” tipli virusun aşkarlandığı bildirilib.
Qeyd edək ki, CDC, aprel ayından bəri quş qripinə 61 nəfərin yoluxduğunu, əksəriyyəti heyvan fermalarında çalışan işçilər olduğunu müəyyən edib. Lakin halların yüngül olduğu açıqlanıb.
Quş qripi epidemiyası ABŞ-nin Kaliforniya hökumətini də narahat edib. Dekabrın 12-də Kaliforniyanın cənubundakı 4 mal-qara fermasında quş qripi testlərinin müsbət çıxdığını açıqlayan Kaliforniya qubernatoru Gavin Nevsom, sağlamlıq riski səbəbiylə fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Günel Məlikzadə