Arvadını balta ilə öldürdü - DƏHŞƏT
    • Bu gün, 12:12
    • 731

Arvadını balta ilə öldürdü - DƏHŞƏT

Moskvada tətildən qayıdan ər-arvad arasında münaqişə baş verib.

News24.az xəbər verir ki, çütlük avtomobillə evə qayıdarkən yolda yaxınlıqdakı meşədə göbələk yığmaq üçün dayanıblar. 

Ər-arvad mübahisə etməyə başlayıb. Kişi arvadını boğmağa cəhd edib, daha sonra baltanı götürərək qadına bir neçə zərbə endirib. O, yerindəcə dünyasını dəyişib. Bundan sonra təcavüzkar cinayətin izlərini gizlətməyə çalışıb. 

İstintaq Komitəsinin Vladimir vilayəti üzrə İstintaq İdarəsinin saytında verilən məlumata görə, o, cəsədin üzərinə budaqlar atıb.

İtkin düşən şəxs axtarışa verilib. Lakin qısa müddətdə cinayətin üstü kameralar vasitəsilə açılıb və təcavüzkar törətdiyi cinayəti etiraf edib.

Faktla bağlı “Qətl” maddəsi ilə cinayət işi açılıb, məhkəmə tərəfindən saxlanılan şəxs barəsində həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, şübhəli şəxs İDM sistemlərinin tətbiqi və inkişafı ilə məşğuldur. Cütlüyün 20 və 15 yaşlı iki oğlu var.

Məryəm İlhamqızı