“Mançester Yunayted”in futbolçusu ürək əməliyyatı keçirdi
    • Dünən, 20:37
    • 311

“Mançester Yunayted”in futbolçusu ürək əməliyyatı keçirdi

Mərakeş millisinin və İngiltərənin “Mançester Yunayted” komandasının futbolçusu Nussair Mazraui ürək əməliyyatı keçirib.

News24.az "Unikal"-a istinadən xəbər verir ki, 27 yaşlı oyunçu bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq.

O, bu səbəbdən Afrika Millətlər Liqasının seçmə mərhələsində oktyabrın 12-də Mərkəzi Afrika Respublikası yığmasına qarşı qarşılaşmanı buraxacaq.

Qeyd edək ki, bu ilin yayında Almaniyanın “Bavariya” (Münxen) komandasından “Mançester Yunayted”ə keçən Nussair Mazraui 10 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.