"Hələ qımışmayıblar..."  - - Səhhəti pisləşən Canəli Əkbərovdan şok sözlər
    • 21-06-2019, 15:57
    • 1 583

"Hələ qımışmayıblar..." - - Səhhəti pisləşən Canəli Əkbərovdan şok sözlər

Azərbaycan Xalq artisti Canəli Əkbərovun səhhəti pisləşib

Bu haqda News24.az-a xanəndə özü məlumat verib. O, bir neçə gündür ki, Mərkəzi Kliniki Xəstəxanasına həkim nəzarətində olduğunu deyib: “Ayaqlarımda problemlər var, gəldim ki, dərdimə əlac eləsinlər. Həkimlər sağ olsun, əlindən gələni edirlər. Xəbər tutan, eşidən-bilən hamısı gəlir. Bütün tələbələrim, ailə-uşaq, nəvə-nəticələrim yoluxurlar. Ayın 18-dən burdayam. Hələ ki, müayinə, müalicə olunuram, əməliyyat haqda hələ həkimlər bir söz deməyiblər. İndiyə qədər bir adama pisliyim dəyməyib. İnşallah, Allahın köməyilə tez çıxaram». 

Canəli Əkbərov "muğam ustalarından sizə kim baş çəkib» sualına isə qəribə cavab verib: “Hələ qımışmayıblar, qımışanda deyərəm”.

Afaq Mirayiq