Dünyanın ən güclü futbol klubu açıqlandı
    • Dünən, 23:34
    • 230

Dünyanın ən güclü futbol klubu açıqlandı

"Opta" analitikləri dünyanın ən güclü futbol klubunun adını açıqlayıblar.

News24.az QOL.az-a istinadla xəbər verir ki, son araşdırmalara əsasən, planetin ən güclüsü adını "Mançester Siti" (İngiltərə) qazanıb. 

“Mançester Siti” son ölkə çempionudur. “Şəhərlilər” son 4 ildə 4 dəfə İngiltərə Premyer Liqasının qalibi olublar. “Mançester Siti”nin baş məşqçisi isə 2016-cı ildən bu günədək Xosep Qvardioladır.

Komanda onun rəhbərliyi altında ümumilikdə Premyer Liqanı 6, İngiltərə Liqa Kubokunu 4, ölkə kubokunu 2 dəfə qazanıb. Ötən il "Mançester Siti" Çempionlar Liqasının, UEFA Superkubokunun və klublar arasında dünya çempionatının qalibi olub. 

Hazırda "Mançester Siti" Premyer Liqanın turnir cədvəlində 17 xalla 2-cidir. Komanda lider "Liverpul"dan 1 xal geri qalır. İngiltərə klubu Çempionlar Liqasının Liqa mərhələsində isə 4 xalla 8-ci yerdədir.