Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - FOTO
    • Bu gün, 18:01
    • 199

Maliyyə Nazirliyinin şöbə müdiri işdən çıxdı - FOTO

Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsindən ayrılıb.

News24.az APA-ya istinadən bildirir ki, sözügedən şöbənin müdiri Vüqar Məcidli işdən çıxıb.

Nazirlikdən məlumatı təsdiqləyiblər və bildirilib ki, hələlik bu vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, V. Məcidli 2015-ci ildən nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin müdiri vəzifəsində çalışıb.