-
- 12-10-2024, 09:43
- 513
Gömrük əməkdaşını cırmaqlayan QADIN SAXLANILDI
ABŞ-də Kanadadan qayıdarkən sərhədçini cırmaqlayan rusiyalı qadın həbs edilib.
News24.az xəbər verir ki, bu bardə Amerika Ədliyyə Departamentinin mətbuatı məlumat yayıb.
Departamentin məlumatına görə, oktyabrın 9-da 43 yaşlı rusiyalı Olesya Sumina iki övladı ilə birlikdə sığınacaqla bağlı müraciət üçün ABŞ-dən Kanadaya gedib. Lakin Kanada Sərhəd Xidmətləri Agentliyi qadını geri qaytarıb və Buffalo şəhərindəki nəzarət-buraxılış məntəqəsinə yönləndirib.
Kanada sərhəd rəsmiləri amerikalı həmkarlarına qadının aqressiv olduğu barədə məlumat veriblər. ABŞ Gömrük və Sərhəd Mühafizəsi əməkdaşları daha sonra tərcümə proqramından istifadə edərək Suminadan müsahibə almağa cəhd göstəriblər.
Qadın müsahibə boyu şəxsi məlumatlarnı verməyib. Zabitlər telefonu götürmək istəyəndə isə Suminə telefonu götürüb cəld cibinə qoyub.
Məmurlar telefonu götürmək istəyəndə Suminə aqressivləşib. O, onların köynəyindən tutub, bir zabitin biləyini və sol qolunu cırmaqlayıb, dişləyib.
Bu səbəbdən rusiyalı qadın həbs edilib. O, sərhədçiyə hücum etməkdə ittiham olunub. Suminanı 8 ilə qədər həbs gözləyir.
Teymur Məmmədov