Qəribə oğurluq - Oğurladığını bəyənməyib, geri gətirdi
    • 8-09-2018, 15:00
    • 886

Qəribə oğurluq - Oğurladığını bəyənməyib, geri gətirdi

Bəzən belə də olur. Türkiyədə telefonu oğurlayan şəxs,bəyənməyib geri gətirib. 

Adanada yolda  gedən qadının əlindən telefonunu və pulunu oğurlayaraq qaçan iki şəxsin sonradan telefonu gətirib qaytarması heyrət doğurub.

News24.az
xəbər verir ki, Gül Şimşek telefonu oğurlandıqdan sonra polisə zəng etdiyi zaman, oğrular telefonu geri gətirib, “bu köhnə modeldir, bir qəpik etməz”- deyərək qaytarıblar. Lakin pulu geri verilməyən Gül Şimşekin şikayəti ilə iki şəxs polis tərəfindən saxlanılıb.

Şəlalə Ağayeva