Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı
    • Bu gün, 09:49
    • 323

Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı

Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru Günay Musayeva vəzifəsindən imtina edib.

News24.az Musavat.com-a istinhadən xəbər verir ki, bu barədə Təhsil Tv reportaj hazırlayıb.

O, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi kimi gəlib.

Günay Musayeva "Böyük Qayıdış" prosesində iştirak etməkdən qürur duyduğunu deyib.