İlham Əliyev Famil Mustafayevə YÜKSƏK VƏZİFƏ VERDİ - SƏRƏNCAM
    • 21-06-2019, 19:02
    • 1 209

İlham Əliyev Famil Mustafayevə YÜKSƏK VƏZİFƏ VERDİ - SƏRƏNCAM

Prezident İlham Əliyev Famil Mustafayevin Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

News24.az xəbər verir ki, sərəncəma əsasən Famil Front oğlu Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri təyin edilib.

Qeyd edək ki, F.Musayev 2018-ci il sentyabrın 3-dən bu təyinatadək Prezident yanında Ali Attestasiya Komissiyasının sədri vəzifəsini icra edən sədr müavini idi.