-
- 12-10-2024, 21:15
- 1 058
Azərbaycan millisinin oyununu qadın hakim idarə edəcək
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsindəki sonuncu matçını qadın hakim idarə edəcək.
News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, İngiltərə yığmasına qarşı oyun xorvatiyalı FIFA referisi İvana Martinçiçə tapşırılıb.
Ona Sanya Rodyak-Karşiç və Maya Petraviç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Sabina Boliç yerinə yetirəcək.
Qeyd edək ki, oktyabrın 15-də Bristol şəhərində yerləşən "Ashton Gate” stadionunda baş tutacaq İngiltərə - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:30-da start götürəcək. U-21 bu gün saat 18:00-da Şimali İrlandiyanın qonağı olacaq.