10 min dollar alıb Azərbaycandan getdi - Görün nə etdi
    • 12-10-2024, 21:35
    • 3 877

10 min dollar alıb Azərbaycandan getdi - Görün nə etdi

Xəbər verdiyimiz kimi, “Kəpəz” mövsümün əvvəlində transfer etdiyi Keverton Resende ilə yolları ayırıb. 

Avqustun 22-də transferi açıqlanan və 1+1 illik müqavilə imzalanan braziliyalı yarımmüdafiəçinin Azərbaycan karyerası cəmi 46 gün çəkib. 

Buna səbəb Adil Şükürovun baş məşqçi olduğu vaxtda transfer edilən 23 yaşlı legionerin komandanın yeni çalışdırıcısı Azər Bağırovun etimadını doğrultmamasıdır.  vakansiyalar

Keverton Resende Premyer Liqanın iki oyununda “Kəpəz”in heyətində meydana çıxıb. Azər Bağırovun baş məşqçi təyin olunmasından sonra isə o, əvəzedici komandaya göndərilib. 

Gəncə təmsilçisi cənubi amerikalıdan canını qurtarmaq üçün 10 min dollar civarında təzminat ödəməyə razılaşıb. Bu, onun 4 aylıq məvacibi qədər kompensasiya deməkdir. 

“Sambaçı” buradan ayrılan kimi vətəninə yollanmayıb. Yarımmüdafiəçi Rusiyaya gedib və Moskvada yerləşən həvəskar klublardan biriylə 8 aylıq müqavilə imzalayıb./SPORTİNFO.AZ