-
- 12-10-2024, 22:48
- 1 181
Tanınmış aktyor rolu üçün tanınmaz hala düşdü
Aktyor Şükrü Özyıldız tanınmaz hala düşüb.
News24.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, "Karşılaşmalar" adlı serialdakı rolu üçün tamamilə dəyişib.
Uzun saç saqqalı olan Şükrünü hamı tanımaqda çətinlik çəkib.
Sevgilisi Sibil Çetinkaya aktyorun yeni görünüşünə reaksiyasız qalmayıb. O sosial şəbəkədə "Yaraşıqlılıqda bir fərq görə bilmədim" sözlərini yazıb.
Xatırladaq ki, Şükrü Özyıldız "Şeref Meselesi", "Kış Güneşi Çoban Yıldızı", "Ruhun Duyma" kimi seriallarda rol alıb.