Təyyarəyə mobil telefonlardan başqa rabitə vasitələri buraxılmayacaq
    • Bu gün, 15:30
    • 328

Təyyarəyə mobil telefonlardan başqa rabitə vasitələri buraxılmayacaq

İran təyyarələrə mobil telefonlardan başqa elektron rabitə vasitələrinin keçirilməsini qadağan edib.

News24.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb. 

İran Mülki Aviasiya Qurumunun sözçüsü Cafer Yazırlu bu qərarın uçuş təhlükəsizliyini təmin etmək məqsədilə verildiyini deyib. 

Yazırlu, sözügedən qadağanın sərnişin salonu və yük bölməsini də əhatə etdiyini və sərnişinlərin təyyarədə cib telefonlarından başqa elektron rabitə vasitələrini daşımaması lazım olduğunu bildirib.

Teymur Məmmədov