Hərbçilərə qadağa qoyuldu - Bundan sonra...
    • 23-09-2024, 10:38
    • 226

Hərbçilərə qadağa qoyuldu - Bundan sonra...

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Livanda peycerlərin silsilə partlayışlarından sonra hərbçilərinə hər hansı texniki rabitə vasitələrindən istifadəni qadağan edib.

News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, SEPAH nəinki rabitə cihazlarında, demək olar ki, bütün texniki avadanlıqlarda genişmiqyaslı yoxlamaya başlayıb. 

SEPAH həmçinin İsraillə əlaqəli mənbələrdən pul alanları müəyyən etmək üçün öz hərbi personalı, orta və yüksək rütbəli zabitləri haqqında ətraflı araşdırmaya başlayıb. 

Teymur Məmmədov