"Mədəniyyət nazirindən çox narazıyam" - Bir müsbət məqam yoxdur ki.....
    • Bu gün, 15:33
    • 459

"Mədəniyyət nazirindən çox narazıyam" - Bir müsbət məqam yoxdur ki.....


"İllərimi sənətə vermişəm. Mədəniyyət Nazirliyi bugünədək bir dəfə də olsa mənimlə maraqlanmayıb".

Bu sözləri News24.az-a açıqlamasında tanınmış aktyor Midhat Aydın deyib. 

Aktyor nazirliyin ona qarşı laqeyd olduğunu dilə gətirib:

“Bu yaxınlarda fəhlə kimi videom hər kəsin müzakirəsinə səbəb oldu. Ancaq Mədəniyyət Nazirliyi bir maraqlandı ki, bu insanın aktyorluq fəaliyyəti necə olub? Bu, adam niyə fəhlə işləyir? İncəsənət sahəsinin aktyoru olduğumu ümumiyyətlə nazirlik bilir? 

Keçmişdə dəfələrlə laureatlara layiq görülmüşəm, neçə-neçə filmlərə çəkilmişəm. Xalqımız sağ olsun, diqqət ayırır, ancaq nazirlik məni diqqətdən kənarda saxlayıb. Çox narazıyam, sənətkarlara laqeyd olmaq nə dərəcədə düzgündür? Bir müsbət məqam yoxdur ki, deyim nazirlik bununla bağlı mənimlə əlaqə saxlayıb, diqqət göstərib”.

Qeyd edək ki, 67 yaşlı aktyor ölkənin bir çox aparıcı teatrlarında çalışıb, dəfələrlə kino və seriallarda çəkilib.

Ağa