-
- 13-10-2024, 14:16
- 1 150
Azərbaycanda məhkumlar pensiya almaq üçün hara müraciət etməlidir? – CAVAB
Lent.az-ın "bir sual, bir cavab" rubrikasında növbəti mövzu məhkumların pensiya alması ilə bağlıdır.
Azadlıqdan məhrum olunmuş vətəndaşlara əmək pensiyasının alınması üçün hansı qurumlara və hansı formada müraciət edilməlidir?
Lent.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalar”ının 2-ci bəndinə əsasən, müəyyən müddətə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslərə əmək pensiyasının təyin olunması üçün müraciətlərinə Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 90.4-cü maddəsinə uyğun olaraq MEİS-ə ötürülən məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix, cəzaçəkmə müddəti, cəzaçəkmə müddətinin başlandığı və bitəcəyi tarix, cəza çəkilmə yeri, məhkumun şəxsi hesabının nömrəsi, məhkumun yerdəyişmələri haqqında məlumatlara əsasında baxılır.